Faydalı məlumatlar
Ana səhifə Faydalı məlumatlar
Miokard infarktı
Miokard infarktı
Ürək normal halda 60-80 dəfə döyünərək bütün bədənə qanı ötürür. Bununlada bütün bədən üzvləri qanla qidalanır. Eləcədə ürək özüdə qidalanır. Beləki ürəkdən çıxan ana damar aortadan şaxələr ayrılır ki bu damarlar tac arteriyalar adlanır və ürəyi qidalandırır. Bunlara koronar damarlar da deyilir.Belə ki, bu damarlarda hər hansı daralma və ya tıxanma olarsa ürəyin qidalanması pozulur. Bu hal daralmanın dərəcəsinə görə müxtəlif əlamətlər verir. Bəzi hallarda isə koronar damarlarda daralmalarda yağ və ya xolesterol kütləsi dediyimiz plak ilişir və tıxanma yaradır. Bu zaman həmin damarın ürəyi qidalandıran hissəsində kəskin qidalanma pozuğunluğu yaranır. Bu miokard infarktı adlanır. İnfarkt çox ciddi haldır və ağır nəticələrə hətta ölümə belə səbəb ola bilər.

Ürək infarktının əsas əlamətləri nədir ?

Ürək infarktı anidən yaranan amma buna yol açan səbəblərin uzun illər olduğu bir prosesdir. Bütün dünyada ölümlərin birinci səbəbi sayılır. İlkin olaraq rast gəlinən əlamətlər bunlardır.
 Sinə nahiyyəsində bir neçə dəqiqədən çox davam edən ağrı, basqı hissi, bəzən kürəkdə ağrı
 Çiyinlərdə, qollarda əsasəndə sol qola yayılan ağrılar, eləcədə çənə nahiyyəsinə yayılan ağrılar
 Baş gicəllənmə,mədə bulanması,soyuq tər kimi əlamətlərin sinə nahiyyəsi əlamətlərilə birgə olması

İnfark keçirmənizdən şübhələnirsizsə...
Hər şeydən əvvəl ən yaxında olan tanıdığınızı çağırın. Təcili yardıma xəbər verin. Təksinizsə və yardım çağırmısızsa qapını açıq qoyun. Rahat bir yerdə arxası ustə, amma bədənin yuxarı hissəsi hündürdə olmaqla uzanın ,və mümkünsə ayaqları qaldırmaq lazımdır. Eləcədə tez tez öskürmək faydalıdır. Ayaqüstə durmaq olmaz. Bu zaman ağrı keçsin deyə duşa girmək, hər hansı idman hərəkəti etmək olmaz, bu hətta ölümə səbəb ola bilər. Varsa 1 tablet aspirin qəbul edin, bu qanı durultmağa kömək edir. Mümkün qədər hərəkətsiz olmaq lazımdır ki digər orqanlara qan az getsin və ürək bu vəziyyətdə gücə düşməsin.
İNFARK ZAMANI ƏN VACİB MƏSƏLƏ TIXANIQLIĞI YARADAN SƏBƏB TROMB KÜTLƏSİ ARADAN QALDIRILMALIDIR Kİ, ÜRƏYİN QİDALANMASI BƏRPA OLUNSUN. BUNUN ÜÇÜN İLK OLARAQ TROMB ƏRİDƏN DƏRMANLAR VERİLİR VƏ XƏSTƏNİN VƏZİYYƏTİ YÜNGÜLLƏŞİRSƏ İNVAZİV MƏRKƏZƏ APARILIR. ƏGƏR AĞRILAR KEÇMİRSƏ, ANTİTROMBİK MÜALİCƏ NƏTİCƏ VERMİRSƏ XƏSTƏ TƏCİLİ YAIİNLIQDA OLAN İNVAZİV MƏRKƏZƏ ÇATDIRILIR. XƏSTƏYƏ NƏ QƏDƏR TEZ İNVAZİV MUDAXİLƏ OLUNARSA BİR O QƏDƏR UĞURLU SAYILIR. HƏTTA PRAKTİKAMIZDA DƏFƏLƏRLƏ KORONAR ARTERİYALARIN TROMBLA TIXANMASINI TEZ MÜRACİƏTLƏR ZAMANI ARADAN QALDIRMIŞIQ VƏ İNFARKT QEYDƏ ALINMIYIB. BUNUNLA BAĞLI MƏRKƏZİMİZDƏ 24 SAAT TƏCİLİ KARDİOLOJİ YARDIM XİDMƏTİ FƏALİYYƏT GÖSTƏRİR.

Kardioloji
Hesabınız

Sistem
haqqında
Yeni
qeydiyyat

Copyright © 2017 | Bütün hüquqları «Cardio Center» Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir | Site by "OKmedia"