Faydalı məlumatlar
Ana səhifə Faydalı məlumatlar
Koronar angioqrafiya
Koronar Angioqrafiya rentgen şüaları və xüsusi kontrast maddə hesabına ürəyin tac damarlarının görüntülənməsi üsuludur. Koronar Angioqrafiya müayinə üsulu sayılır.
Əvvəla deyək ki koronar damarlar nədir?
Koronar damarlar aortadan ayrılır və ürəyi qidalandırmaq vəzifəsi daşıyırlar. Bir çox xəstəliklərdə bu damarlarda yaranan daralma və ya tıxanmalar bir sözlə ürəkdə qidalanma pozğunluğuna səbəb olur. Məhz bu səbəbdən angioqrafiya olunur ki,nəticədə bu damarların vəziyyəti tam qiymətləndirilir. Əgər damarlarda daralma və ya tıxanma varsa müvafiq müalicə metodu seçilir.
Angioqrafiya bir kateter labaratoriyasında aparılır. Angioqrafiya adətən bilək arteriyasından bəzi hallarda bud arteriyasından girilməklə edilir. Bu zaman müvafiq nahiyyəyə plastik tüp yerləşdirilir və kateter bu tüpün içindən keçməklə ürəyə qədər gedilir. Daha sonra kontrast yeridilir və hərəkətli rentgen şəkillər çəkilir. Sonra çəkilmiş rentgen görüntü izlənərək koronar damarlarda kontrast maddənin axın vəziyyətinə baxılır. Bu zaman tac damarlarda problem varsa açıq aydın görünür.
Angioqrafiyadan əvvəl bir sıra müayinə və testlər edilir. Bundan sonra angioqrafiyaya qərar verilir. Xəstə müayinə zamanı tam ayıq vəziyyətdə olur. Sadəcə kateter salınacaq nahiyyə lokal anesteziya edilir. Xəstələr müayinə zamanı demək olar ki heç bir şey hiss etməzlər. Bəzi xəstələr kontrast yeridilən anda istilikbasma olduğunu deyirlərki, bu keçicidir. Təqribən koronar angioqrafiya müayinəsi 15 dəqiqə çəkir. Müayinənin nəticəsinə görə dərman müalicəsi, angioplastika (damarı balonla genişləndirmək və stent qoymaq) və by-pass (arterial koronar şuntlama) təyinatı verilə bilər.
Mərkəzimizdə koronar angioqrafiya müayinəsi dünya standartlarına uyğun, son nəsil cihazların köməyi ilə Uzman doktor Ülvi Mirzəyev tərəfindən aparılır. Mərkəzimiz bu sahədə kifayyət qədər təcrübəyə və yüksək peşəkarlığa malikdir.
Koronar angioqrafiya
Koronar angioqrafiya

Kardioloji
Hesabınız

Sistem
haqqında
Yeni
qeydiyyat

Copyright © 2017 | Bütün hüquqları «Cardio Center» Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir | Site by "OKmedia"