Faydalı məlumatlar
Ana səhifə Faydalı məlumatlar
Kardioloqu necə seçim etməli?
Kardioloqu necə seçim etməli?
Ürəklə bağlı probleminizin olduğunu düşünürsüzsə və ya şikayətiniz varsa sizin kardioloq seçiminiz verəcəyiniz ən mühüm qərardır. Bunun üçün siz ya özünüz yaxşı kardioloq maraqlanmalısınız yada sizin ailə həkiminiz sizə bu sahədə kömək edəcək. İlk öncə tanışdığınız kardioloqun təhsili və təcrübəsi ilə maraqlanacaqsınız.
Kardiologiya sahəsi ürək xəstəliklərinə uyğun olaraq bir neçə sahəyə ayrılır.Ümumi olaraq kardioloji xəstəliklərin dəyərləndirilməsi ilə kardioloq məşğul olur. Sizdə “ürəyin nasos funksiyası” ilə əlaqəli problemləriniz varsa, kardiak kateterizasiya, angioplastika və stentlənmə üzrə ixtisaslaşmış həkim, ən yaxşı seçim ola bilər. Ürəyin ritm pozğunluqları elektrofizioloqlar tərəfindən effektiv aradan götürülür, müalicə edilir. Bəzi həkimlər, xüsusi ilə böyük Tibbi məruzələrdə, qapaq patalogiyaları ilə, digərləri xroniki ürək çatmamazlığının müalicəsi üzrə ixtisaslaşmış olurlar. Hər şeydən öncə həkim seçimində siz kardiologun sizə yanaşmasını, sizə can yandırmasını hiss edəcəksiniz. Bir sözlə yaxşı həkim kriteriyalarını tapdınızmı sualına özünüzdə cavab vermək üçün özünüzə bu sualları verin
• Hər hansı bir suallarınız olduqda, tam kömək edildimi?
• Müəssisə sakit və yaxud xautikdir?
• Siz peşəkar bir mühitdə olduğunuzu hiss etdinizmi?
• Tibb bacısı və yaxud həkim köməkçisi sizi müayinə otağına çağırarkən, onların sizə davranışı necədir?
Yəni bir sözlə canınızı etibar edəcəyiniz, yanında olarkən özünüzü güvəndə hiss edəcəyiniz bir kardioloq tapmalısız. Bu zaman psixoloji olaraqda rahat olacaqsınız.

Kardioloji
Hesabınız

Sistem
haqqında
Yeni
qeydiyyat

Copyright © 2017 | Bütün hüquqları «Cardio Center» Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir | Site by "OKmedia"