Faydalı məlumatlar
Ana səhifə Faydalı məlumatlar
Ekokardioqrafiya nədir?
Ekokardioqrafiya nədir?
Exokardioqrafiya ultrasəs dalğaları vasitəsilə ürəyin görüntülənməsidir. Exo-invaziv olmayan bir metoddur və bu dalğaların insana heç bir ziyanı yoxdur. Exo-vasitəsilə ürəyin hərəkətli görüntüsü əldə edilir. Süni ürək qapaqlarının kontrolu zamanı, eləcədə transtorakal exo yetərsiz olduğunda və ürək daxili trombların diaqnostikasında Transezofagial exokardioqrafiya (TEE) tətbiq edilir. Mərkəzimizdə müasir 4D exo cihazı işlədilir. Xəstənin exo müayinəsinə xüsusi hazırlanması tələb olunmur. EXO vasitəsilə aşağıdakı vəziyyətlər qiymətləndirilir.
• Ürəyin qapaq xəstəliklərinin ilkin müşahidəsi
• Qan təzyiqinin ürəyə təsirinin müəyyənləşdirilməsi
• Ürəkdən çıxan böyük damarların funksional incələnməsi
• Bir çox xəstəliklərdə ürəyin vəziyyətinin qiymətləndirilməsi
• Anadangəlmə ürək xəstəliklərinin diaqnostikası
• Bəzi dərmanların ürəyə təsirini təqib etmək məqsədilə
• Trombembolik vəziyyətlərdə

Kardioloji
Hesabınız

Sistem
haqqında
Yeni
qeydiyyat

Copyright © 2017 | Bütün hüquqları «Cardio Center» Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir | Site by "OKmedia"