Faydalı məlumatlar
Ana səhifə Faydalı məlumatlar
Holter müayinəsi nədir
Holter müayinəsi nədir
Holter 24-48 saat ərzində EKQ yazısını qeydə alan cihazdır. Bu cihazı xəstə həmin vaxt ərzində üzərində gəzdirir. Adi halda EKQ çəkiləndə proses bir neçə dəqiqə davam edir. Bəzi ürək xəstəliklərində adi halda çəkilən EKQ ilə diaqnoz qoymaq olmur. Xəstəni ən azı 24 saat təqib etmək lazım gəlir. Belə olan halda xəstəyə holter cihazı taxılır.


Cihaz nə zaman istifadə edilir?


Holter monitorizasiyası başlıca olaraq aşağıdakı hallarda istifadə edilir.

  • Ürək ritmini və ritmdəki anormallıqları müəyyən etmək
    Holter müayinəsi nədir
  • Ürək əzələsinin yetərincə qan almadığı dönəmləri araşdırmaq
  • Dəyişkən sinə ağrısını dəyərləndirmək
  • Ürək cihazları taxılmış xəstələrdə dəyərləndirmə
  • Bəzi dərmanların təsirini təqib etmək məqsədilə


Ürək çırpıntısı, nəfəs darlığı, bayılma, sinə ağrıları bir çox səbəblərdən yarana bilər. Holter vasitəsilə bunların ürəklə bağlı olub olmaması müəyyən edilir.



Holter müayinəsi nədir

Holter Cihazı Necə taxılır?


Holter cihazı kəmərə bərkidilir və elektrodları bədənə yapışdırılır. Xəstə normada olduğu kimi aktiv həyatına davam edir. Deyilən müddətdən sonra xəstə gəlir və cihaz kompüterə qoşulur. Nəticədə sutkalıq EKQ araşdırılır və diaqnoz qoyulur.

Kardioloji
Hesabınız

Sistem
haqqında
Yeni
qeydiyyat

Copyright © 2017 | Bütün hüquqları «Cardio Center» Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir | Site by "OKmedia"