Faydalı məlumatlar
Ana səhifə Faydalı məlumatlar
Ürək infarktı zamanı həkimə qədərki ilk yardım
Ürək infarktı zamanı həkimə qədərki ilk yardım
Bütün orqanlar kimi ürək özüdə qanla qidalanır. İnfarkt ürəyi qidalandıran damarlardan birinin tıxanması səbəbindən baş verir. Bu zaman tıxanma baş verən nahiyyədə ürək əzələsi hüceyrələri oksigensiz qalıb ölməyə başlayırlar. Əgər erkən müdaxilə olunmasa oksigensiz qalan urək əzələsinin həmin hissəsi bir daha çalışmaz vəziyyətə düşür.
Bu zaman infark keçirən xəstəyə nə qədər tez müdaxilə olunarsa daha yaxşıdır. Əvvəla infarkt keçirərsək və ya yanımızda biri infark keçirərsə bunu necə bilərik?
Əsas əlamətlər
Ürək infarktının ən çox rastlaşdığımız əlaməti sol qola doğru yayılan sinə ağrısıdır. Ağrı şiddətli olur və bəzən mədə bulantısı, tərləmə, baş gicəllənmə kimi hallarda yaranır. Bəzən mədə xəstələri infarktı mədə ağrısı hesab edirlərki buda infarktı gecikdirməyə səbəb ola bilər.Bəzi xəstələrdə infarkt nəfəs darlığınada səbəb olur. Bəzi xəstələrdə isə infark əlamətsiz keçir.Beləki 5 ürək infarktında 1-i əlamətsiz və ya zəif əlamətlərlə keçir.Bunlar daha təhlükəli forma sayılır. Ona görədə deyə bilərik ki infark zamanı ağrı xəstə üçün bir şansdır.

Ürək infarktı keçirirəm...
İnfark keçirmənizdən şübhələnirsizsə hər şeydən əvvəl ən yaxında olan tanıdığınızı çağırın. Təcili yardıma xəbər verin. Təksinizsə və yardım çağırmısızsa qapını açıq qoyun. Rahat bir yerdə arxası ustə, amma bədənin yuxarı hissəsi hündürdə olmaqla uzanın ,və mümkünsə ayaqları qaldırmaq lazımdır. Eləcədə tez tez öskürmək faydalıdır. Ayaqüstə durmaq olmaz. Bu zaman ağrı keçsin deyə duşa girmək, hər hansı idman hərəkəti etmək olmaz, bu hətta ölümə səbəb ola bilər. Varsa 1 tablet aspirin qəbul edin, bu qanı durultmağa kömək edir. Mümkün qədər hərəkətsiz olmaq lazımdır ki digər orqanlara qan az getsin və ürək bu vəziyyətdə gücə düşməsin.
Avtomobil sürərkən infark başlarsa...
Əgər avtomobil idarə edərkən sinədə kəskin ağrı başlarsa hələ huşunuz özünüzdədir. Bu zaman tez avtomobili yol kənarına çəkin. Avtomobilin qapısını açın. 20 saniyədən sonra huşunuz itə bilər. Ona görə avtomobilin arxasına keçib ayaqlarınızı yuxarı-avtomobilin üstünə qoyun. Bu vəziyyətdə ürəyə daha çox qan gələcək. Burnunuzu tutub öskürün. İmkan varsa təcili yardıma zəng edin. Sizi bu vəziyyətdə görənlər sizə yardım edəcəklər. Burnunuzu tutub öskürün. Bütün bunlar sizə xəstəxanaya çatdırılmanız üçün zaman artırır. İmkan varsa təcili yardıma zəng edin.
Yanınızda biri ürək infarktı keçirərsə...
İlk növbədə təcili yardım çağırın. İmkan varsa xəstəxanaya siz çatdırın. Apara bilmirsizsə xəstəni yerə yatırın və ayaqlarını hündürə qaldırın. Sıxıcı paltarlarını çıxarın. Varsa aspirin verin. Xəstəyə deyin burnunu tutub öskürsün və dərindən nəfəs alsın. Bu qan dolaşımını artırır və infark gedişini birazda olsa gecikdirir. Nəticədə xəstəxanaya gedənə qədər zaman əldə edirsiz.

Kardioloji
Hesabınız

Sistem
haqqında
Yeni
qeydiyyat

Copyright © 2017 | Bütün hüquqları «Cardio Center» Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir | Site by "OKmedia"