İnvaziv kardiologiya
Ana səhifə Xidmətlərimiz İnvaziv kardiologiya
İnvaziv kardiologiya
Dövrümuzdə invaziv kardiologiya kardiologiyanın ən mühüm sahəsi sayılır. Beləki bugun kardiologiyanı invaziv prosedurlar olmadan düşünmək mümkün deyil. İnvaziv sözü mənaca girişim, müdaxilə anlamına gəlir. Yəni ürəyə kənar damarlardan müdaxilə olunmaqla bir sıra prosedurlar aparılır.

Mərkəzimizdə invaziv kardiologiya üzrə aparıcı mütəxəssis Uzman Dr. Ülvi Mirzəyevdir. O, Türkiyədə uzmanlıq üst təhsili almış, ABŞ-da Klivlent klinikasında ixtisas artırma, Almaniyada renal denervasiya üzrə yüksək ixtisas keçmişdir. Mərkəzimiz tərfindən Azərbaycan kardiologiyasında invaziv sahədə bir çox yeniliklərə imza atılmışdır. Kəskin infarkt zamanı intrakoronar tromboaspirasiya məhz bizim komanda tərəfindən aparılmışdır. Eləcədə renal denervasiya əməliyyatı bugun də ancaq bizim mərkəzdə icra olunmaqdadır. Bundan başqa ölkəmizdə ilk dəfə radialdan koronar angiografiya məhz bizim mərkəzdə aparılmışdır. Bu şöbəmizdə aşağıdakı xidmətləri göstəririk.

- Koronar angiografiya
- PTKA (Perkutan trans luminal koronar angioplastika)
- Yüksək riskli PTKA və Stent tətbiqi
- Xroniki total okkuluziyalarda PTKA və stent
- Ürək boşluqlarının kateterizasiyası
- Döş qəfəsi və qarın aortaqrafiya
- Koronar angioqrafiya+bypass kontrolu
- Periferik angioqrafiya
- Renal angioqrafiya
- Perkutan mitral valvuloplastika
- Perkutan pulmonar valvuloplastika
- Perkutan LAA –nın bağlanması
- Aortaqrafiya
- Anadangəlmə ürək qüsurlarının invaziv müalicəsi
- Alkoqol septal ablasiya

Kardioloji
Hesabınız

Sistem
haqqında
Yeni
qeydiyyat

Copyright © 2017 | Bütün hüquqları «Cardio Center» Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir | Site by "OKmedia"