Dr. Seymur Musayev
Ana səhifə Dr. Seymur Musayev
Dr. Seymur Musayev

Dr. Seymur Musayev


İxtisası:


  • Ürək-damar cərrahı

Elmi dərəcə:


  • Tibb üzrə fəlsəfə doktoru

Təhsil:


  • 1980-1985 - Goranboy rayon Xınalı kənd orta məktəbində
  • 1980-1985 - Gəncə şəhər 5 saylı orta məktəbində oxuyub və orta məktəbi qızıl medalla bitirib.

Təcrübə:


  • 2005 - Türkiyənin İzmir şəhərində “Şifa Xəstəxanalar Qrupu”da ürək-damarın cərrahiyəsi şöbəsində aparılan ürək-damar əməliyyatlarında fəal iştirak etmiş və xəstələrə intensiv terapiyaya dair məsləhətlər aparıb.
  • 2005-bugünədək - Mərkəzi Neftçilər Xəstəxanasının “Ürək-damar cərrahiyəsi şöbəsi”ndə ürək-damar cərrahı işləyir. Bu illər ərzində onun rəhbərliyi altında yüzlərlə uğurlu əməliyyat həyata keçirilib.

Təlim:


  • 2005-ci ildən xaricdə keçirilən 8 beynəlxalq konfransın və Azərbaycanda keçirilən 2 beynəlxalq konfransın iştirakçısıdır.
  • 2006 - Türk Ürək-damar Cərrahiyəsi Dərnəyinin “9-cu Beynəlxalq Konfransı”nın iştirakçısı, Antalya, Türkiyə
  • 2007 - Türk Ürək-damar Cərrahiyəsi Dərnəyinin “1-ci damar cərrahiyəsi simpozyumu”da “Periferik damar və aort cərrahiyəsi” mövzusunda keçirilən simpozyumun iştirakçısıdır. Çanaqqala, Türkiyə.
  • 2007 - “Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyası” İB-nin “Anadangəlmə ürək qüsurlarının müalicəsində yeniliklər və ağciyər hipertenziyası” mövzusunda keçirilən simpozyumda iştirak edib. Bakı, Azərbaycan.
  • 2008 - Türk Ürək-damar Cərrahiyəsi Dərnəyinin “10-cu Beynəlxalq Konfransı”nın iştirakçısıdır. Çeşmə, İzmir, Türkiyə.
  • 2009 - “Açıq Tibb İnstitutu”, “Nyu-York – Presviterianın Xəstəxanası”, “Bakı Təhlil və Məlumat Mərkəzi” və “Mərkəzi Neftçilər Xəstəxanası”nın birgə keçirdiyi 15 saatı əhatə edən Beynəlxalq “KARDİOLOGİYA OMİ SATELLİTE” simpozyumda iştirak edib. Bakı, Azərbaycan.
  • 2009 - “Türkiyə Ürək və Səhiyyə Fondu”nun “Kardiologiya və ürək-damar cərrahiyəsinə dair yeniliklər” mövzusunda keçirdiyi “5-ci Beynəlxalq Konqres”in iştirakçısıdır. Antalya, Türkiyə.
  • 2009 - “Türkiyə Ürək və Səhiyyə Fondu”nun “ESC GUCH” mövzusunda keçirdiyi kursun iştirakçısıdır. Antalya, Türkiyə.
  • 2009 - “Türkiyə Ürək və Səhiyyə Fondu”nun “Ürək morfologiya” mövzusunda keçirdiyi kursun iştirakçısıdır. Antalya, Türkiyə.
  • 2010 - “Kardiologiya və ürək-damar cərrahiyəsinə dair yeniliklər” mövzusunda keçirilən “6-cı Beynəlxalq Konqres”lə əlaqədar olaraq “59-cu ESCVS Beynəlxalq Konqres”in iştirakçısıdır. Çeşmə, İzmir, Türkiyə.

Kardioloji
Hesabınız

Sistem
haqqında
Yeni
qeydiyyat

Copyright © 2017 | Bütün hüquqları «Cardio Center» Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir | Site by "OKmedia"